AZ

“Azərbaycan sülhün reallaşmasına əlverişli şərait yaradıb” — Kamaləddin Qafarov

“Azərbaycan Prezidenti İlham Əliyevin Astanada səsləndirdiyi bəyanat iki qardaş ölkə arasında münasibətlərin sarsılmaz əsaslara söykəndiyini bir daha nümayiş etdirdi”.

Demokrat.az xəbər verir ki, bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

O, bildirib ki, Prezidentimizin sözlərində həm siyasi uzaqgörənlik, həm də regional əməkdaşlığa verilən yüksək dəyər aydın şəkildə hiss olunur. “Dövlətimizin başçısı Qazaxıstanın inkişafını və Prezident Kasım-Jomart Tokayevin modernləşmə siyasətini yüksək qiymətləndirərək bildirdi ki, Qazaxıstan bu gün regionda etibarlı tərəfdaş, müstəqil siyasət yürüdən güclü dövlət kimi möhkəmlənib. Cənab Prezidentin bu fikirləri, əslində, Türk dünyasında qarşılıqlı hörmət və bərabərhüquqlu əməkdaşlıq modelinin möhkəmlənməsinə verdiyi töhfədir.”

Millət vəkili qeyd edib ki, Azərbaycan-Qazaxıstan münasibətləri sadəcə siyasi yaxınlıq deyil, həm də bu proses dərin mənəvi bağlara söykənir: “Cənab Prezident İlham Əliyev öz çıxışında vurğuladı ki, ən çətin dövrlərdə Azərbaycan həmişə Qazaxıstanın dəstəyini hiss edib. Bu, xalqlarımızın dostluğunun söz yox, əməl üzərində qurulduğunu göstərir.

Seçilən
44
15
demokrat.az

10Mənbələr