AZ

İncəsənət mərkəzlərinə işə qəbulla bağlı test imtahanı keçirəcək

Mədəniyyət Nazirliyi tabeliyində fəaliyyət göstərən musiqi, incəsənət, bədii sənətkarlıq, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə işə qəbulla bağlı xüsusi müsabiqənin test imtahanı keçiriləcək.

“Cebheinfo.az” xəbər verir ki, bu barədə DİM məlumat yayıb.

Bildirilib ki, xüsusi müsabiqə imtahanı 26 oktyabr 2025-ci il tarixində Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda (Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi, 50, TÜRKPA-nın yanı) kompüterlər vasitəsilə keçiriləcək.

İmtahana qeydiyyat 2025-ci il oktyabrın 1-dən 17-dək aparılıb və bu müddət ərzində 117 namizəd müraciət edib.İmtahanların idarə olunmasına 1 ümumi imtahan rəhbəri, 2 imtahan rəhbəri, 7 nəzarətçi ayrılıb.

İmtahan saat 11:00-da başlanır. Saat 10:45-dən sonra gələn namizədlər imtahana buraxılmırlar. İmtahanın davametmə müddəti 2 saatdır.

İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş namizədlər DİM-in internet saytına daxil olaraq “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər. Buraxılış vərəqəsində imtahan yeri, imtahana gəlməli olan vaxt və digər zəruri məlumatlar göstərilib.

Namizədlər imtahana gələrkən aşağıdakı sənədləri gətirməlidirlər:

Seçilən
26
2
cebheinfo.az

3Mənbələr