Almaniyanın “Bavariya” klubunun futbolçusu Harri Keyn UEFA Çempionlar Liqasında 45-ci qolunu vurub.
Xezerxeber.az xəbər verir ki, ingiltərəli hücumçu Liqa mərhələsinin III turunda Münxendə Belçikanın “Brügge” komandasını 4:0 hesabı ilə darmadağın etdikləri matçda fərqlənib. 32 yaşlı forvard 14-cü dəqiqədə rəqib qapısına yol tapıb.
Harri Keyn bu göstərici ilə İngiltərənin “Çelsi” klubunun sabiq futbolçusu Didye Droqbanı geridə qoyaraq 17-ci pilləyə yüksəlib. Kot-d'İvuar yığmasının keçmiş üzvü peşəkar karyerası ərzində Çempionlar Liqasında 44 qol vurub.