AZ

ABŞ-nin dövlət borcu 38 trilyon dolları ötüb

BAKI,TurkicWorld

Dünyanın ən böyük iqtisadiyyatı olan ABŞ-də hökumət xərcləri ilə büdcə daxilolmaları arasındakı uçurum sürətlə böyüməyə davam edir.

Bu barədə TurkicWorld xarici KİV-ə istinadən xəbər verir.

Son məlumatlara əsasən, Birləşmiş Ştatların dövlət borcu 38 trilyon dolları ötüb.

ABŞ Xəzinəsinin (Maliyyə nazirliyi – red.) son hesabatında dövlət borcunun $38,019,813 təşkil etdiyi qeyd olunur.

Bu göstəriciyə əsasən, Amerikada adambaşına 111,000 dollar borc düşür.

Bundan əvvəl avqustda təqdim olunan hesabatda dövlət borcunun 37 trilyon dolları keçdiyi bildirilirdi. Halbuki 2024-cü ilin noyabrında borcun həcmi 36 trilyon dollar, həmin ilin iyulunda isə 35 trilyon dollar təşkil etmişdi.

Seçilən
3
1
turkic.world

2Mənbələr