AZ

Rusiyanın neft şirkətlərinə sanksiya tətbiq olundu – ABŞ Maliyyə Nazirliyi

ABŞ Rusiyanın ən böyük neft şirkətləri “Rosneft, Lukoil” və onların törəmə şirkətlərinə qarşı sanksiyalar tətbiq edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.

Nazirlikdən bildirilib ki, bu addımlar Rusiyanın energetika sektoruna təzyiqi artırır və Kremlin öz hərbi maşınını maliyyələşdirmək və zəifləmiş iqtisadiyyatını dəstəkləmək imkanlarını məhdudlaşdırır.

Maliyyə naziri Scott Bessent müttəfiqlərini sanksiyalara qoşulmağa çağırıb.

“Prezident Putin bu mənasız müharibəni dayandırmaqdan imtina etdiyinə görə, Maliyyə Nazirliyi Kremlin hərbi maşınını maliyyələşdirən Rusiyanın iki ən böyük neft şirkətinə qarşı sanksiya tətbiq edir. Biz lazım gələrsə, prezident Trampın daha bir müharibəni bitirmək səylərini dəstəkləmək üçün əlavə tədbirlər görməyə hazırıq. Müttəfiqləri bu sanksiyaların tətbiqində bizə qoşulmağa çağırırıq”, – Bessent vurğulayıb.

Xatirə SADİQ

Seçilən
43
nocomment.az

1Mənbələr