AZ

ABŞ nin yeni sanksiyaları Rusiya neftinin Hindistana tədarükünü faktiki olaraq dayandırdı

Operativ MM portalından verilən məlumata əsasən, ain.az bildirir.

ABŞ-nin Rusiya neft şirkətlərinə qarşı tətbiq etdiyi yeni sanksiyalar Rusiya neftinin Hindistana tədarük imkanlarını faktiki olaraq aradan qaldırıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Bloomberg xəbər agentliyi məlumat yayıb.

Məlumata görə, Vaşinqtonun bir gün əvvəl elan etdiyi və Rusiyanın ən böyük neft istehsalçılarının qara siyahıya salınması ilə nəticələnən məhdudiyyətlər, tərəflər arasında neft tədarükünü davam etdirmək imkanını demək olar ki, istisna edir.

Agentlik qeyd edir ki, əvvəllər bu cür sanksiyalara ehtiyatla yanaşan ABŞ administrasiyası, Donald Tramp dövründə ilk dəfə olaraq Rusiyanın iri enerji şirkətlərinə birbaşa təsir edən addım atıb.

Nəticədə Hindistanın bir sıra neft emalı müəssisələri Divali bayramından sonra fəaliyyətə qayıdarkən Rusiya ilə neft ticarətini dayandırmaq məcburiyyətində qalıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
13
1
operativmm.az

2Mənbələr