AZ

Silahlı insidentdə ölən və yaralananlar var

Yazını böyüt
Yazını kiçilt

Almaniyanın Hannover şəhərində iki qrup arasında baş verən silahlı qarşıdurma bir nəfərin ölümü, bir neçə nəfərin xəsarət alması ilə nəticələnib.

Hafta.az xəbər verir ki, polisin məlumatında bir neçə nəfər arasında başlayan mübahisənin qısa müddətdə silahlı qarşıdurmaya çevrildiyi, bir neçə dəfə atəş açıldığı bildirilib.

Nəticədə bir nəfər aldığı güllə yarasından hadisə yerində ölüb, bir neçə nəfər isə xəsarət alıb. Yaralıların sayı və vəziyyəti barədə məlumat verilməyib.

Polis hadisə yerinin yaxınlığında bir nəfəri şübhəli şəxs qismində saxlayıb. Onun insidentdə iştirak edib-etmədiyi araşdırılır. Hazırda ərazidə əməliyyat-axtarış və istintaq tədbirləri davam edir.

Hadisə yerinə polis helikopteri cəlb olunub. /“Bild” qəzeti/

Seçilən
34
3
hafta.az

5Mənbələr