AZ

ABŞ “Rosneft” və “Lukoil”a qarşı yeni sanksiyalar tətbiq etdi

BAKI, 23 oktyabr. TELEQRAF

ABŞ-nin Maliyyə Nazirliyi “Rosneft” və “Lukoil” şirkətlərinə qarşı yeni sanksiyaların tətbiq olunduğunu açıqlayıb.

Teleqraf xəbər verir ki, bu barədə məlumat nazirliyin rəsmi saytında yer alıb.

Bəyanatda bildirilir ki, hər iki şirkət Rusiya iqtisadiyyatının enerji sektorunda fəaliyyət göstərdiyinə görə 14024 saylı prezident fərmanı əsasında sanksiya siyahısına daxil edilib.

Bundan əlavə, ABŞ-nin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) “Rosneft” və “Lukoil”in bir sıra törəmə şirkətlərini də sanksiya siyahısına salıb.

Maliyyə Nazirliyi vurğulayıb ki, bu addım Rusiyanın enerji gəlirlərini məhdudlaşdırmaq və Ukrayna münaqişəsi fonunda Moskvanın maliyyə imkanlarını zəiflətmək məqsədi daşıyır.

Seçilən
31
teleqraf.com

1Mənbələr