AZ

“Qarabağ”ı özünə uyğun olmayan üslubda oynamağa məcbur etdik” – Ernesto Valverde

“Atletik”in baş məşqçisi Ernesto Valverde də oyunsonrası mətbuat konfransında jurnalistlər önünə çıxıb: “Bizə erkən qol vurulsa da, sakitliyimi qorudum. Qarşımızda hələ bütün oyun var idi. Oyuna bir qədər tələsik başladıq, sanki ikinci qolu birincidən əvvəl vurmaq istəyirdik. Amma epizodlar yaratmağa davam etdik və bu həlledici amil idi. Bir anda nəzarəti itirdik və rəqib cərimə meydançamıza yaxınlaşmağa başladı. Fasiləyə qədər hesabı bərabərləşdirməyimiz vacib idi, çünki nəticədə geridönüş edə bildik. Bizim üçün qələbə çox önəmli idi. Qollar vurduq və oyunun taleyini dəyişdik, bu isə Çempionlar Liqasında asan deyil. Bitirici mərhələdə sakitlik çatışdırdı. Çatışsaydı, daha aşkar qol vəziyyətləri yarada bilərdik. "Qarabağ"ı özünə uyğun olmayan üslubda oynamağa məcbur etdik. Cərimə meydançasına yaxın olduğun zaman gərginliyi rəqibə ötürmək lazımdı. Qapımıza vurulan qolda topu oyuna daxil edərkən özümüzü çətin vəziyyətə saldıq, bu da hiss olunurdu, qol bir qədər qəribə alındı. Digər epizodda Berçiçe topu qapı xəttindən çıxardı, bu da bizim üçün çox vacib an idi”.

Seçilən
35
3
football-plus.az

5Mənbələr