AZ

Türkiyə XİN: İsrailin ilhaq addımı beynəlxalq hüququ pozur

ain.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Türkiyə Xarici İşlər Nazirliyi İsrail parlamentinin işğal altındakı İordan çayının qərb sahilini ilhaq etmək cəhdini kəskin şəkildə pisləyib.

APA-nın Türkiyə bürosunun məlumatına görə, nazirlik bəyan edib ki, bu addım beynəlxalq hüquqa ziddir, o cümlədən regionda təhlükəsizlik və sabitliyi təhdid edir.

Bəyanatda Türkiyənin Fələstin xalqının hüquqlarını müdafiə etməyə və paytaxtı Şərqi Qüds olmaqla müstəqil Fələstin Dövlətinin yaradılmasını dəstəkləməyə davam edəcəyi vurğulanıb:

“İsrailin bu addımı beynəlxalq hüququ pozur və etibarsızdır. Qəzzada sülh səyləri davam edərkən atılan bu təxribatçı addım regionda təhlükəsizlik və sabitliyi təhdid edir”.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
70
2
apa.az

3Mənbələr