ain.az, Metbuat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Instagram" yeni fərdiləşdirmə funksiyası təqdim edib.
Metbuat.az xəbər verir ki, istifadəçilər tətbiqin ana ekran ikonunu dəyişdirə biləcəklər. Seçimlər arasında “Chrome”, “Cosmic” və “Slime” daxil olmaqla altı fərqli dizayn mövcuddur.
"Meta" şirkəti bu addımı gənclərin həm təhlükəsiz, həm də sərbəst ifadə mühiti tapması üçün atdığını açıqlayıb. Yeni ikonlar illüstrator "@doncarrrlos" tərəfindən hazırlanıb.
İstifadəçilər bu funksiyadan yararlanmaq üçün tətbiqin ana səhifəsindəki "Instagram" loqosuna toxunaraq seçim edə biləcəklər.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.