AZ

“WhatsApp”dan daha bir yenilik

"WhatsApp" yeni funksiya üzərində işləyir.

Demokrat.az qafqazinfo-ya istinadən xəbər verir ki, "WhatsApp"da naməlum kontaktla videozəng zamanı ekranlarını paylaşmağa cəhd edilərsə, istifadəçilərə xəbərdarlıq etməyə başlayacaq.

Oxşar təhlükəsizlik funksiyası feysbukda da tətbiq olunacaq.

Yenilik fırıldaqçıların özlərini bankların, aviaşirkətlərin və digər təşkilatların müştəri xidmətlərinin işçiləri kimi təqdim etdikləri geniş yayılmış saxtakarlıq sxeminin qarşısını almağa yönəldiləcək.

Bildirilir ki, onlar saxta brend profilləri yaradır, şirkətlərin rəsmi səhifələrində şərh yazan istifadəçilərlə əlaqə qurur və kömək adı altında onları ekran paylaşımını aktivləşdirməyə inandırırlar.

Seçilən
63
9
demokrat.az

10Mənbələr