AZ

Bakıda hava limanı ilə birləşəcək avtomobil yolunda işlər nə yerdədir? VİDEO

ain.az, Avtosfer portalına istinadən məlumat yayır.

Yol boyu hərəkət rahatlaşacaq, yük və sərnişin daşımaları asanlaşacaq. Avtosfer.az xəbər verir ki, Bahar və Dədə Qorqud qəsəbələrini Zığ dairəsi-Hava Limanı avtomobil yoluna birləşdirən giriş, çıxış və yanaşma yolları tikilir. Avtomobil yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli bildirib ki, hazırda layihə üzrə ərazidə qazma və dolğu işləri icra olunur. Layihə başa çatdıqdan sonra ərazidə nəqliyyat axınının daha səmərəli təşkil olunacağı, həmçinin vətəndaşların gündəlik hərəkət şəraitinin yaxşılaşacağı gözlənilir. Texnoloji ardıcıllığa uyğun olaraq yol əsasının tikintisi və yeni asfalt-beton örtüyünün döşənməsi işlərinin yerinə yetirilməsi nəzərdə tutulur.

Daha ətraflı videomaterialda.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
10
3
avtosfer.az

4Mənbələr