AZ

Ağ Ev Səudiyyə Ərəbistanı şahzadəsinin ABŞ-a səfərinə hazırlaşır

Vaşinqton, 22 oktyabr, AZƏRTAC

ABŞ Administrasiyası Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, Baş nazir Məhəmməd bin Salman bin Əbdüləziz Al Səuddanın Ağ Evə gəlişinə hazırlaşır.

AZƏRTAC-ın “Associated Press”ə istinadla verdiyi məlumata görə, hazırda Prezident Donald Tramp və vəliəhd şahzadənin səfər zamanı imzalaya biləcəkləri sazişlər paketinin hazırlanması üzərində iş gedir.

Səfər noyabrın 17-19-na planlaşdırılıb, lakin səfərin vaxtı dəyişə bilər.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
Seçilən
54
8
azertag.az

9Mənbələr