AZ

Mussolininin villası satılır

İtaliyada faşist diktator Benito Mussolininin villası satılır.

Publika.az xəbər verir ki, Adriatik dəniz sahilində, Emiliya-Romanya regionunun Rikçione kurortunda yerləşən “Villa Mussolini” hərraca çıxarılıb.

Mussolinin yay tətilini keçirtdiyi villanın alıcısı əmlakın adını dəyişə bilməz.

Villa 1893-cü ildə inşa olunub. Benito Mussolini 1934-cü ildən 1943-cü ilədək bu villanı ailə üzvləri ilə birlikdə yay iqamətgahı kimi istifadə edib.

Seçilən
25
9
publika.az

10Mənbələr