AZ

Günəşin əks tərəfində güclü partlayış QEYDƏ ALINDI – VİDEO

Günəşİin əks tərəfində plazma püskürüb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası məlumat verib.

Gecə saatlarında Günəşin əks tərəfində böyük partlayış baş verib. Hadisə koronoqraf kameraları üçün görünməyən zonada qeydə alınıb, video isə Yerdən çəkilib.

Laboratoriyanın açıqlamasına görə, püskürən plazma Yerdən əks istiqamətə hərəkət edir və birbaşa planetimizə təhlükə yaratmır.

Kadrlarda görünən qara dairə və zolaq koronoqrafın konstruksiya xüsusiyyətlərinə görə görünməyən sahələri əks etdirir.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
82
interpress.az

1Mənbələr