AZ

“Qarabağ”ın qapıçısı “Atletik”lə matçda 2 penalti qaytardı - Video

"Qarabağ" U-19 komandası UEFA Gənclər Liqasında "Atletik"lə qarşılaşır.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hazırda davam edən matçda Ağdam təmsilçisinin qapıçısı Teymur Həsənov iki penalti qaytarıb. 

O, əvvəlcə matçın 57-ci dəqiqəsində Peio Huestamendianın 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirməsinə mane olub. 

70-ci dəqiqədə isə Manex Lozanonun penaltisinin qarşısını alıb. Epizodun davamı qol olsa da, T.Həsənov 2 penalti qaytarmaqla diqqət çəkib. 

Qeyd edək ki, Teymur Həsənovun atası "Qarabağ"ın qapıçılar üzrə məşqçisi Elxan Həsənov, anası isə Azərbaycan voleybol yığmasının sabiq üzvü, "Azerreyl"in məşhur oyunçusu Alla Həsənovadır. 

Milli.Az

Seçilən
41
2
milli.az

3Mənbələr