AZ

Bakıda “Çanaqqala döyüşləri: Cəbhədən fotolarla” sərgisi açılıb - FOTOLAR

AzVision.az xəbər verir ki, açılış mərasimi Dövlət himnlərinin səsləndirilməsi və şəhidlərin xatirəsinin anılması ilə başlayıb. Tədbirdə Azərbaycan mədəniyyət nazirinin müavini Murad Hüseynov, Türkiyənin səfiri Birol Akgün və digər rəsmilər iştirak ediblər.

Tədbirin panel hissəsində tarixçi Firdovsiyyə Əhmədova və Yusuf Kartal Çanaqqala döyüşlərinin tarixi və strateji əhəmiyyətindən bəhs ediblər. Daha sonra qonaqlar arxiv materiallarından ibarət “Cəbhədən fotolarla: Çanaqqala döyüşləri” sərgisi və “Çanaqqala Döyüşləri” mobil muzeyi ilə tanış olublar. Sərgidə və mobil muzeydə döyüşlərin gedişini, əsgərlərin qəhrəmanlığını əks etdirən fotoşəkillər, sənədlər və eksponatlar nümayiş olunur. Ekspozisiya oktyabrın 25-dək ziyarətçilər üçün açıq olacaq.

Elnur Məmmədov

AzVision.az

Qalereya


Seçilən
27
3
azvision.az

4Mənbələr