Ağdam şəhərinin 2-ci mərhələ yaşayış məhəllələrində enerji təminatının yaxşılaşdırılması məqsədilə yeni transformator məntəqəsinin tikinti-quraşdırma işləri həyata keçiriləcək.
BAKU.WS-in məlumatına görə, layihə Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti tərəfindən icra olunacaq.
Tikinti-quraşdırma işlərinin ümumi ehtimal olunan dəyəri 2 milyon 547 min manat təşkil edir.
Yeni transformator məntəqəsinin tikilməsi nəticəsində ərazidə elektrik enerjisinin fasiləsiz və dayanıqlı verilməsi təmin olunacaq. Bu, xüsusilə yeni salınan yaşayış massivlərində mühüm əhəmiyyət daşıyır.