AZ

Deputat Anatoliy Rafailov seçiciləri ilə görüşüb

ain.az, Newscenter.az saytına istinadən bildirir.

Milli Məclisin deputatı Rafailov Anatoliy növbəti dəfə Quba şəhərində qəbul üçün müraciət edən sakinlər ilə qəbul keçirib. Newscenter.az millət vəkilinin Deputat Qərargahına istinadən bildirir ki, görüş zamanı qəbula gələn vətəndaşların müraciətləri diqqətlə dinlənilib. Vətəndaşların müraciətləri sosial, yolların təmiri, yeni qaz xətlərinin çəkilməsi və digər məsələlərlə bağlı olub. Bəzi müraciətlərlə bağlı məsəllər yerindəcə həll olunub. Digər müraciətlərin həll edilməsi məqsədilə aidiyyəti üzrə mərkəzi və yerli icra hakimiyyəti orqanlarına, müvafiq qurumlara sorğuların göndəriləcəyi bildirilib.Süleyman

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
28
1
newscenter.az

2Mənbələr