AZ

Sərkisyan: Onun bir sözü ilə hərəkətə keçməyə hazırıq

ain.az bildirir, Sherg.az saytına əsaslanaraq.

“Bütün qüvvəmizlə katolikos II Qareginin yanındayıq”.

Teleqraf xəbər verir ki, bunu Ermənistanın keçmiş prezidenti Serj Sərkisyan erməni kilsəsi və katolikos ətrafında baş verən hadisələrdən danışarkən deyib.

“Bunu artıq bir neçə dəfə söyləmişik: siyasi qüvvəmiz tamamilə ali patriarxın (II Qaregin), kilsəmizin yanındadır və fəaliyyətimiz həmişə ali patriarxın çağırışları ilə müəyyən olunacaq. Əgər o, yarım kəlmə belə desə, istənilən kilsədə, Ermənistanın istənilən nöqtəsində durmağa hazırıq”, - o bildirib.

Xatırladaq ki, Ermənistan Baş naziri Nikol Paşinyandan bundan əvvəl parlamentdə çıxışı zamanı II Qareginin kilsədən uzaqlaşdırıldığını bəyan edib. Baş nazir kilsənin yeni rəhbəri kimi keşiş Aram Asatryana eyham vurub.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
45
2
sherg.az

3Mənbələr