AZ

Komitə sədri: Gənclərin iştirakı Qərbi Azərbaycan mövzusunun daha da genişlənməsinə səbəb olacaq

Azertag saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Bakı, 22 oktyabr, AZƏRTAC

Qərbi Azərbaycan mövzusu hər bir azərbaycanlının məsələsidir. Gənclərin iştirakı isə mövzunun daha da genişlənməsinə səbəb olacaq.

AZƏRTAC xəbər verir ki, bunu Milli Məclisin Gənclər və İdman Komitəsinin və Qərbi Azərbaycan İcmasının Gənclər Şurasının sədri Şahin İsmayılov jurnalistlərə açıqlamasında deyib.

“Bu gün Bakı Dövlət Universitetində “Qərbi Azərbaycan: Tarixin izi ilə” layihəsinin çox uğurlu bir mərhələsinə şahidlik etdik. Bu, Azərbaycanın müxtəlif bölgələrini əhatə edən çoxşaxəli layihədir. Həmçinin bir maarifləndirmə aksiyasıdır. Tələbələrimiz Qərbi Azərbaycan mövzusu ilə bağlı məlumatlanırlar, suallarına cavab tapırlar. Əminik ki, beynəlxalq hüququn tam norma və prinsiplərinə uyğun olaraq həyata keçirdiyimiz bu mövzu mütləq şəkildə öz real nəticəsini verəcək”, - deyə Ş.İsmayılov bildirib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
31
1
azertag.az

2Mənbələr