AZ

“XXI əsr müəllimi Müasir dövrün psixoloji və pedaqoji bacarıqları” layihəsinə başlanılıb

Azertag saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Bakı, 22 oktyabr, AZƏRTAC

Oktyabrın 22-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Təhsil Könüllüləri Tələbə Birliyinin təşkilatçılığı və ADPU-nun Gənc Məzunlar Assosiasiyasının dəstəyi ilə “XXI əsr müəllimi – müasir dövrün psixoloji və pedaqoji bacarıqları” adlı layihəyə start verilib.

Bu barədə AZƏRTAC-a ADPU-dan məlumat verilib.

Layihənin ilk qonağı Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının (AGMA) İdarə Heyətinin üzvü Orxan Cəfər olub.

Görüşdə Tədbirlərin təşkili və tələbələrlə iş üzrə şöbənin müdiri Turan Kərimli, İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri Taleh Mirzəyev, baş mütəxəssis İsmayıl Nəsirov, universitetin müəllimləri və tələbələri iştirak ediblər.

Orxan Cəfər çıxışında XXI əsrin müəllim modeli, şagirdlərlə emosional əlaqə qurma yolları, müəllimlərdə emosional dayanıqlığın formalaşdırılması, stresin idarə olunması və digər aktual mövzulara toxunub.

Görüş təqdimat və sual-cavab formatında keçib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
60
2
azertag.az

3Mənbələr