AZ

Putindən MDB ölkələri ilə bağlı qərar

BAKI, 22 oktyabr. TELEQRAF

Rusiya Prezidenti Vladimir Putin Nikolay Udoviçenkonu MDB-yə üzv qonşu ölkələrlə Rusiya dövlət sərhədinin delimitasiya və demarkasiyası məsələləri üzrə prezidentin xüsusi nümayəndəsi təyin edib.

Teleqraf xəbər verir ki, müvafiq fərman hüquqi aktların dərc olunduğu rəsmi internet saytında yerləşdirilib.

Udoviçenkoya həmçinin Abxaziya və Cənubi Osetiya (Gürcüstanın işğal edilmiş bölgələri – red.), eləcə də Gürcüstanla Rusiya dövlət sərhədinin delimitasiya və demarkasiyası üzrə vəzifələr də həvalə olunub.

Fərman imzalandığı tarixdən – 22 oktyabrdan qüvvəyə minib.

Seçilən
130
50
teleqraf.com

10Mənbələr