AZ

İran ABŞ ilə danışıqlara qayıtmaq üçün şərtiniaçıqladı

“Nə qədər ki, Vaşinqton məntiqsiz tələblər irəli sürür, İran ABŞ ilə danışıqlara qayıtmayacaq”​.

Redaktor.az “Tasnim”ə istinadən xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi danışıb.

“ABŞ ilə danışıqlar bu ölkənin ifrat dərəcədə olan tələbləri səbəbindən dayandırıldı və irəli getmədi”, - iranlı nazir qeyd edib. 

Qeyd edək ki, bu günə qədər Tehran və Vaşinqtonun iştirakı ilə 5 raunddan ibarət nüvə danışıqları baş tutub.

Danışıqlar iyun ayında İsrail və İran arasında 12 gün davam edən münaqişənin başlamasından sonra dayandırılıb. ABŞ sözügedən münaqişənin gərginləşməsindən 9 gün sonra İranın Fordo, Natanz və İsfahandakı nüvə obyektlərinə zərbələr endirib.

 

Seçilən
8
3
redaktor.az

4Mənbələr