AZ

Sürücülük vəsiqəsi ilə bağlı mühüm açıqlama

Rusiyada pandemiya dövründə tətbiq olunan avtomatik sürücülük vəsiqəsi uzatma sistemi 1 yanvar 2026-cı il tarixindən etibarən ləğv ediləcək.

"Cebheinfo.az" xəbər verir ki, Moskva Dövlət Hüquq Akademiyasından mütəxəssis Turqunboy Zokirov yeni qaydanı təsdiqləyərək bildirib ki, 2026-cı ildən etibarən sürücülər tibbi müayinədən keçməli olacaqlar.

Mütəxəssisin verdiyi məlumata görə, sürücülük vəsiqəsinin etibarlılıq müddəti 1 yanvar 2022 - 31 dekabr 2025 tarixləri arasında bitmiş və ya bitəcək olan sürücülər üçün üç illik avtomatik uzatma hüququ qüvvədə qalır.

Lakin 1 yanvar 2026-dan sonra bu tətbiq tamamilə ləğv ediləcək və sürücülər vəsiqələrini yeniləmək üçün standart prosedurlara (tibbi müayinə və s.) qayıtmaq məcburiyyətində olacaqlar.

Zokirov daha əvvəl avtomatik uzatma hüququndan istifadə etmiş sürücüləri, vəsiqələrinin rəsmi olaraq etibarsız sayılacağı tarixi dəqiq bilmələri barədə xəbərdar edib. Bu tarixdən sonra sürücülər vəsiqələrini adi qaydada yeniləməlidirlər.

Avtomatik uzatma sistemi 2022-ci ilin aprel ayında Rusiyanın hökuməti tərəfindən pandemiya şəraiti səbəbilə tətbiq olunmuşdu. 

Sürücülərə 2026-cı ildən əvvəl yeniləmə şərtlərini öyrənmək üçün rəsmi mənbələri izləmək tövsiyə olunur.

Seçilən
31
1
cebheinfo.az

2Mənbələr