Aktual.az xəbər verir ki, bunu İsrail Baş naziri Benyamin Netanyahu doğum günü münasibətilə etdiyi çıxışında deyib.
"Bu il böyük hədiyyə aldıq, çünki mən 40 ildir ki, İrandan gələn nüvə təhlükəsinin qarşısını almaqdan danışıram və bu il İranda və regionda böyük işlər gördük, böyük qələbələr əldə etdik. Ancaq hələ də yarımçıq qalan işlər var".
Qeyd edək ki, oktyabrın 21-də İsrail Baş naziri Benyamin Netanyahunun 76 yaşı tamam oldu.