AZ

Rusiya Silahlı Qüvvələri qitələrarası raketlər buraxıb

Oxu.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Rusiya Silahlı Qüvvələri ölkə Prezidenti Vladimir Putinin rəhbərliyi altında strateji nüvə qüvvələrinin quru, dəniz və hava komponentlərinin istifadəsini təcrübədən keçirib.

Oxu.Az-ın xəbərinə görə, bu barədə Kremlin Mətbuat Xidməti öz saytında məlumat verib.

"Təlimdə hərbi komandanlıq orqanlarının hazırlıq səviyyəsi, əməliyyat heyətinin tabeliyində olan qoşunların (qüvvələrin) idarə edilməsinin təşkili üzrə praktiki vərdişləri yoxlanılıb. Təlimdə bütün tapşırıqlar yerinə yetirilib", - deyə məlumatda bildirilib.

Sınaqlar zamanı Rusiya Silahlı Qüvvələri Plesetsk kosmodromundan Kamçatkadakı "Kura" poliqonuna doğru "Yars" qitələrarası ballistik raketini, həmçinin Barents dənizi akvatoriyasındakı "Bryansk" nüvə sualtı qayığından "Sineva" ballistik raketini buraxıb.

Bundan əlavə, "Tu-95MS" təyyarələri qanadlı raketlərin buraxılışını təcrübədən keçirib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
97
1
oxu.az

2Mənbələr