Azvision portalından alınan məlumata görə, ain.az xəbər verir.
Ölkənin "Le Figaro" qəzetinin rəsmi mənbələrə istinadən yaydığı xəbərə əsasən, muzeydən XVIII-XIX əsrlərə aid ümumilikdə 90 min avro dəyərində qızıl və gümüş sikkələr oğurlanıb. Diqqətə çatdırılıb ki, oktyabrın 20-də muzeyin bağlandığı saatlarda içəriyə girən oğrular digər eksponatlara toxunmayıblar. Yerli polisin ilkin qənaətinə əsasən, hadisə "dəqiqliklə planlaşdırılmış" qarətdir. Xatırladaq ki, keçən bazar günü isə paytaxt Parisdəki "Luvr" muzeyindən 9 ədəd zinət əşyası oğurlanıb. Məlumata görə, həmin tarixi əsərlərin ümumi dəyəri 88 milyon avrodur. Firudin Həmidli
AzVision.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.