AZ

İran danışıqlardan imtina etdi: Masaya qayıtmayacağıq

BAKI, 22 oktyabr. TELEQRAF

“İran ABŞ-nin əsassız və həddindən artıq çox tələblərindən imtina etmədiyi müddətdə nüvə proqramı ətrafındakı böhranın həlli ilə bağlı danışıqları bərpa etməyəcək”.

Teleqraf xəbər verir ki, bu barədə İran xarici işlər naziri Abbas Əraqçi bəyan edib.

“Təki amerikalılar acgöz siyasətlərindən əl çəksinlər və bizə qarşı əsassız tələblər irəli sürməyi dayandırsınlar, o vaxta qədər biz danışıqlar masasına qayıtmayacağıq”, - o bildirib.

Əraqçinin sözlərinə görə, İran və ABŞ arasında aparılan danışıqlar məhz Vaşinqton tərəfinin həddindən artıq çox tələblərinə görə dayandırılıb və heç bir irəliləyiş əldə edilməyib.

Seçilən
52
2
teleqraf.com

3Mənbələr