AZ

Ərini öldürüb basdırdığı yerdə güllər əkdi - Bakıda

Sabunçu rayonunda itkin düşmüş şəxsin qətlə yetirildiyi müəyyən edilib.

Azreform.info ” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, polis və prokurorluq əməkdaşlarının birgə keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində 1985-ci il təvəllüdlü Samir Arif oğlu Əliyevin itkin düşməsi ilə bağlı 2024-cü il dekabrın 24-də ailə üzvləri tərəfindən polisə müraciət edilib.

S.Əliyevin 1986-cı il təvəllüdlü həyat yoldaşı E.İ. tərəfindən ov silahı ilə qətlə yetirildiyi və meyitin yaşadığı evin həyətində basdırıldığı müəyyənləşib.

Cinayət əməlini törətməkdə şübhəli bilinən qadın tutularaq istintaqa təhvil verilib.

“Qafqazinfo” yazır ki, həmin şəxs izi itirmək üçün ərini basdırdığı yerdə güllər əkib.

Faktla bağlı başlanmış cinayət işi üzrə istintaq davam etdirilir.

 

 
 
 
 
View this post on Instagram
 
 
 
 
 
 
 
 
 
 
 

A post shared by Kriminal Xəbərlər (@kriminal.xeberler)

 

Seçilən
31
29
azreform.info

10Mənbələr