Bu gün "Qarabağ"ın U-19 komandası UEFA Gənclər Liqasında 3-cü tur oyununu keçirib.
QOL.az xəbər verir ki, Ağdam təmsilçisi səfərdə "Atletik"lə qarşılaşıb. Rəşad Sadiqovun komandası görüşdə 0:3 hesabı ilə məğlub olub.
Oyunu İsraildən olan hakimlər briqadası idarə edib. Referi Qal Levi olub.
Hazırda turnir cədvəlində "Qarabağ" 0 xalla 36-cı, "Atletik" isə 9 xalla 1-cidir.
Qeyd edək ki, "Qarabağ" U-19 ilk matçında "Benfika"ya (1:7), 2-ci oyununda isə "Kopenhagen"ə (0:5) uduzub.
"Atletik" - "Qarabağ" - 3:0
Qollar: Haustmendia, 5, Lozano, 70, İmqa, 89