AZ

İcmal büdcənin gəlirləri 36 mlrd. manata yaxınlaşıb

ain.az, 525.az portalına istinadən məlumat verir.

2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanın icmal büdcəsinin gəlirləri 35,86 milyard manat təşkil edib.

525.az  bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir. Məlumata görə, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 3,4 % azdır.

Bu dövrdə icmal büdcənin xərcləri isə 29,03 milyard manat təşkil edib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 2 % çoxdur.

İcmal büdcənin profisiti isə son bir ildə 21% azalaraq 6 milyard 838,1 milyon manata enib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
33
4
525.az

5Mənbələr