Sumqayıtda 71 yaşlı kişi yaşadığı mənzildə yıxılaraq ölüb.

Leqal.info xəbər verir ki, 1954-cü il təvəllüdlü Carulla Mustafayev şəhərin 13-cü mikrorayonunda yerləşən mənzilində yıxılaraq baş nahiyəsindən xəsarət alıb.

Aldığı xəsarət nəticəsində hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Leqal.info