AZ

İşğaldan azad olunmuş ərazilərdə aktiv məşğulluq proqramlarının tətbiqi genişləndirilir

Bakı, 22 oktyabr, AZƏRTAC

İşğaldan azad olunmuş ərazilərdə məskunlaşmış iqtisadi fəal əhalidən 6108 nəfərin məşğulluğu təmin edilib. Onlardan 4533 nəfəri münasib iş yerləri ilə təmin edilib, 475 nəfər özünüməşğulluq proqramına cəlb olunub, 289 nəfər isə əmək bazarının tələblərinə uyğun peşələr üzrə hazırlıq kurslarına qatılıb.

AZƏRTAC xəbər verir ki, bunu Dövlət Məşğulluq Agentliyinin Bakıda təşkil etdiyi “PeşəFest”in yekun tədbirində əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev çıxışı zamanı bildirib. Onun sözlərinə görə, hazırda işğaldan azad olunan ərazilərdə “Böyük Qayıdış” Dövlət Proqramı uğurla həyata keçirilir: "Keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışının təmin edilməsi ilə yanaşı, onların məşğulluğunun dəstəklənməsi, dayanıqlı yaşayış və iqtisadi mühitin formalaşdırılması istiqamətində genişmiqyaslı tədbirlər görülür. Bu məqsədlə azad olunmuş ərazilərdə yeni sənaye zonaları və istehsal sahələri fəaliyyətə başlayıb, aktiv məşğulluq proqramlarının tətbiqi genişləndirilir", - deyə o qeyd edib.

Seçilən
74
azertag.az

1Mənbələr