ain.az, Ayna portalına istinadən məlumat verir.
Eşqi Bağırov əmr imzalayıb
Tovuz rayonu Rövşən Alıyev adına Əyyublu kənd tam orta ümumtəhsil məktəbinin direktoru Elşad Kərimov işdən azad edilib. AYNA.AZ xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Agentliyindən bildirilib.
Qeyd olunub ki, Agentliyin direktoru Eşqi Bağırov əmr imzalayıb.
Elşad Kərimov fəaliyyətində yol verdiyi nöqsanlara görə vəzifəsindən azad edilib.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.
 
                        