AZ

Belqradda ATIŞMA: Vuçiç tərəfdarlarının çadırı YANDIRILDI – VİDEO

Belqradda atışma baş verib, naməlum şəxs Vuçiç tərəfdarlarının çadırını yandırıb.

İnterpress.az xəbər verir ki, Serbiyanın paytaxtı Belqradda parlament binasının qarşısında atışma baş verib.

Hadisə zamanı 70 yaşlı bir kişi 57 yaşlı bir şəxsi budundan yaralayıb, daha sonra parlament qarşısında qurulmuş Vuçiç tərəfdarlarının çadırlarından birini yandırıb.

Polis hadisə yerinə çataraq şübhəlini saxlayıb. Hadisə yerində ərazi mühasirəyə alınıb, yanğınsöndürmə işləri davam etdirilir və araşdırma aparılır.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
51
1
interpress.az

2Mənbələr