AZ

Putinin strateji nüvə qüvvələrinin planlı təlimini keçirib

Rusiya Prezidenti Vladimir Putinin rəhbərliyi ilə quru, dəniz və hava komponentlərini əhatə edən strateji nüvə qüvvələrinin təlimi keçirilib.

Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Rusiya ordusu strateji nüvə qüvvələrinin təlimində Plesetsk kosmodromunda “Yars” mobil yerüstü kompleksindən, Barents dənizində “Bryansk” sualtı qayığından və Tu-95 bombardmançı təyyarələrindən istifadə edib.

Təlimlər barədə Baş Qərargah rəisi Valeri Gerasimov Putinə məruzə edib.

Vladimir Putin bunun planlı təlim olduğunu vurğulayıb.

Seçilən
63
2
herbiand.az

3Mənbələr