AZ

Ağ Evdə gərgin ANLAR

ABŞ Gizli Xidməti Ağ Evin qapısına çırpılan avtomobilin sürücüsünü saxlayıb. 

"Cebheinfo.az" xəbər verir ki, Ağ Evdəki Gizli Xidmətin qapısına şübhəli bir avtomobilin çırpıldığı bildirilib.

ABŞ Gizli Xidmətinin Kommunikasiya Ofisinin sosial media hesabında yayımlanan açıqlamada hadisənin yerli vaxtla saat 22:37-də baş verdiyi qeyd olunub. 

Açıqlamada avtomobili idarə edən sürücünün saxlanıldığı və nəqliyyat vasitəsinin yoxlanılmasından sonra hər hansı bir təhlükənin aşkar edilmədiyi bildirilib. Gizli Xidmət hadisə ilə bağlı araşdırma başladıb. 

Seçilən
17
1
cebheinfo.az

2Mənbələr