AZ

Təhlükəli tırtıllar şəhəri bürüyür – Nizamidə təcili tədbir başladı + FOTOLAR

Son günlər sakinləri narahat edən və yaşıllıqlara ciddi zərər vuran Ağ Amerika kəpənəyinin tırtıllarının yayılması ilə bağlı Nizami Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi məlumat yayıb.

Qurumdan Yenisabah.az-a bildirilib ki, zərərvericilərin sağlam ağaclara keçməsinin qarşısını almaq məqsədilə Nizami Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi və Rayon Yaşıllaşdırma Sahəsi tərəfindən rayon ərazisində gündəlik monitorinqlər aparılır. Zərərvericilərin müşahidə edildiyi ağaclar xüsusi dərman vasitələri ilə dezinfeksiya olunur.

Məlumata görə, bu günədək birliyin Mənzil Kommunal İstismar Sahələrinin və Rayon Yaşıllaşdırma Sahəsinin mütəxəssisləri tərəfindən zərərvericilər aşkar edilən bir sıra ünvanlarda, o cümlədən Babək prospekti 73 və 75, Nəsimi küçəsi 7 və 32a, K.Balakişiyev küçəsi 55, Q.Qarayev prospekti 92a, M.X.Şərifli küçəsi 74 və 76, R.Rüstəmov küçəsi 51, B.Çobanzadə küçəsi 47a və 61 ünvanlarında ağaclar dərmanlanıb. Sezar pizza

Qeyd olunub ki, Bəhruz Nuriyev küçəsi 37 və 39 ünvanlarında da ilkin mərhələdə zərərvericilərə qarşı tədbirlər görülüb.

Hazırda bu işlər rayonun bütün ərazisini əhatə edəcək şəkildə davam etdirilir.


Telegram kanalımız
Seçilən
28
yenisabah.az

1Mənbələr