AZ

Azad olunmuş ərazilərin bərpasına sərf edilən vəsaitin həcmi məlum olub

Bakı. Trend:

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın işğaldan azadolunmuş ərazilərinin yenidən qurulması və bərpasına dövlətbüdcəsindən 2,9 milyard manat xərclənib.

Trend bubarədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, bunun 2,235 milyard manatı infrastrukturlayihələrinə, 291,7 milyon manatı təhsil, səhiyyə, mədəniyyət vəidman yönümlü layihələrə, 41 milyon manatı isə ərazilərinminalardan təmizlənməsinə sərf edilib.

Dövr ərzində infrastruktur layihələri üzrə avtomobil yollarınınlayihələndirilməsi və tikintisinə 1,525 milyard manat, yeni yaşayışkomplekslərinin tikintisinə 461,1 milyon manat, dəmir yoluxətlərinin tikintisinə 107,3 milyon manat, elektrik təchizatıişlərinə 48 milyon manat, su xətləri, kollektorlər və qurğularına44,3 milyon manat, sənaye parkları və infrastruktura 27,7 milyonmanat, geoloji kəşfiyyat işlərinə 7,1 milyon manat, Şuşa, Xankəndivə Laçında kanat yolunun tikintisinə 6,6 milyon manat, digər zəruriişlərə 7,6 milyon manat yönəldilib.

Eyni zamanda hesabat dövrü ərzində dövlət büdcəsinin digər xərcmaddələri üzrə 328,7 milyon manat nəqliyyat sektoruna, 4,7 milyonmanat isə məskunlaşma və şəhərsalma-arxitektura işlərinə sərfedilib.

Seçilən
55
az.trend.az

1Mənbələr