AZ

Bu il avtomobil yollarının tikintisinə 1,5 milyard manat xərclənib

BAKI, 22 oktyabr. TELEQRAF

Bu ilin doqquz ayında dövlət büdcəsindən avtomobil yollarının layihələndirilməsi və tikintisinə 1525,1 mln. manat pul xərclənib.

Teleqraf Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, dəmiryolu xətlərinin tikintisinə 107,3 mln. manat yönəldilib.

Eyni zamanda, yeni yaşayış komplekslərinin tikintisinə 461,1 mln., elektrik təchizatı işlərinə 107,3 mln., su xətləri, kollektorlar və qurğular üçün isə 44,3 mln. manat vəsait xərclənib.

Seçilən
41
teleqraf.com

1Mənbələr