AZ

Nazir ona yüksək vəzifə verdi

Müdafiə Sənayesi Nazirliyində yeni kadr təyinatı olub.

NOCOMMENT.az Yenisabah.az-a istinadən xəbər verir ki, bu barədə müdafiə sənayesi naziri Vüqar Mustafayev əmr imzalayıb.

Əmrə əsasən, Anar Nadir oğlu Dadaşov qurumun maliyyə və uçot şöbəsinin müdiri təyin edilib.

O, əvvəllər Azərbaycan Mərkəzi Bankının (AMB) nağd pulun idarə edilməsi şöbəsinin rəisi postunda işləyib.

Xatırladaq ki, Müdafiə Sənayesi Nazirliyinin maliyyə və uçot şöbəsinin müdiri vəzifəsi xeyli müddətdir boş idi. Şöbə müdirinin səlahiyyətlərini müavin Səbinə Mustafayeva icra edirdi.

Seçilən
60
5
nocomment.az

6Mənbələr