Suraxanıda yaşayış binasında yanğın olub, bir nəfər yanaraq ölüb.
  Bu baradə Yenicag.az-a  FHN-in mətbuat xidmətindən məlumat verilib.
  Bildirilib ki, doqquzmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 45 m² olan 2 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 12 m² sahədə yanıb. Yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin yanmış meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.
  Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.
  Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
  
                        