Olaylar.az xəbər verir ki, bu fikirləri bugünkü brifinqdə xarici işlər naziri Ceyhun Bayramov bildirib.
Nazir diqqətə çatdırıb ki, bu, Orta Dəhlizin yeni istiqaməti ola bilər:
"Nəticədə 15 milyon ton yükün çatdırılması üçün yeni marşrut işə salına bilər. Bu isə Avropa İttifaqı ölkələri, region dövlətləri, o cümlədən Asiya ölkələri üçün yeni imkanlar vəd edir".
Nazir əlavə edib ki, Prezident İlham Əliyev Qazaxıstan səfəri zamanı Azərbaycanın Ermənistana yük tranziti ilə bağlı bütün məhdudiyyətləri aradan qaldırdığını bildirib:
"Bu açıqlama Vaşinqtonda əldə olunan razılaşmanın müsbət tərəflərindən biridir. Bu, eyni zamanda Ermənistan üçün də razılaşmanın ilkin müsbət tərəfidir. Bu, həmçinin bölgə ölkələri üçün faydalıdır, o cümlədən Ermənistan üçün. Bu baxımdan layihənin prioritet olması üçün müsbət inkişafları görə bilərik".