AZ

Son 20 ildə strateji valyuta ehtiyatları 38 dəfədən çox artıb

Bakı. Trend:

Son 20 ildə həyata keçirilən pul siyasəti nəticəsində ölkədəmakroiqtisadi sabitlik təmin olunub, orta illik inflyasiya təxminən6 % ətrafında saxlanılıb. Bu siyasət eyni zamanda iqtisadi artımıdəstəkləməklə optimal balans yaradıb.

Trend xəbərverir ki, bunu Mərkəzi Bank sədrinin müavini Əli Əhmədov MilliMəclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsindəkeçirilən “Konstitusiya və Suverenlik İli”nə həsr edilən “Dövlətsuverenliyinin iqtisadi əsasları və iqtisadi müstəqillik”mövzusunda elmi-praktik konfransda çıxışı zamanı deyib.

Sədr müavini vurğulayıb ki, yeni pul siyasəti çərçivəsiformalaşdırılıb, alət arsenalı təkmilləşdirilib, pul bazarıaktivləşdirilib. Xarici mühitdə artan qeyri-müəyyənliklərəbaxmayaraq, valyuta bazarında sabitlik qorunub, manatın məzənnəsisabit saxlanılıb. Tədiyyə balansının profisitli olması və stratejivalyuta ehtiyatlarının artması bu sabitliyin əsas dayaqlarıolub.

“Son 20 ildə Azərbaycanın strateji valyuta ehtiyatları 38dəfədən çox artıb və bu strateji valyuta ehtiyatlarının mövcudsəviyyəsi ümumi daxili məhsulun 100%-ni üstələyir.

Bu ehtiyatlar 37 aylıq mal və xidmət idxalını maliyyələşdirməyəkifayət edir. Bu, təkcə sabitliyin göstəricisi deyil, həm dəgələcək nəsillərin iqtisadi təhlükəsizliyinin təminatıdır”, - deyəƏ.Əhmədov vurğulayıb.

Seçilən
67
az.trend.az

1Mənbələr