AZ

Son 30 ildə iqtisadiyyata 344.4 milyard dollar sərmayə qoyulub – Nazir müavini

BAKI,TurkicWorld

Son 30 ildə dövlət büdcəsi təxminən 50 dəfə artıb.

TurkicWorld xəbər verir ki, bunu İqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində keçirilən "Konstitusiya və Suverenlik İli"nə həsr edilən "Dövlət suverenliyinin iqtisadi əsasları və iqtisadi müstəqillik" mövzusunda elmi-praktik konfransda çıxışı zamanı deyib.

Nazir müavini vurğulayıb ki, 2004–2024-cü illərdə ümumi daxili məhsul 3.8 dəfə, qeyri-neft sektoru 3.7 dəfə artıb.

"2003-cü ildə yoxsulluq səviyyəsi 44.7 %, işsizlik isə 9.2 % olduğu halda, bu göstəricilər bu gün 5.3 %-ə düşüb. 20 il ərzində ölkə iqtisadiyyatına 344.4 milyard dollar sərmayə qoyulub, bunun 213.2 milyard dolları qeyri-neft sektoruna yönəlib. Bu isə ölkədəki sabitliyin və investisiya mühitinin etibarlılığının göstəricisidir", - deyə S.Ələkbərov əlavə edib.

Seçilən
55
6
turkic.world

8Mənbələr