“Barselona”nın futbolçusu Lamin Yamal UEFA Çempionlar Liqasının tarixinə düşüb.
Msport.az xəbər verir ki, gənc vinger buna Liqa mərhələsinin III turunda Yunanıstan təmsilçisi “Olimpiakos”a qalib gəldikləri matçda (6:1) iştirak etməklə nail olub.
18 yaşlı ispaniyalı oyunçu qitənin bir nömrəli klub turnirində 25 matçda meydana çıxan ən gənc futbolçudur.
Daha əvvəl Uorren Zair-Emeri bunu 19 yaş 32 günündə, Sesk Fabreqas 19 yaş 292 günündə, Anderson Oliveyra 19 yaş 326 günündə bacarıb.
 
                        