AZ

“Azərbaycanın multikulturalizm dərsi 27 ölkədə tədris olunur” Rəvan Həsənov

ain.az xəbər verir, Bizim media saytına əsaslanaraq.

“Müasir dünyada təhsil yalnız bilik ötürmək deyil, həm də dəyərləri formalaşdırmaq missiyasını daşıyır. Bu səbəbdən təhsil sistemində yeni metodoloji yanaşmaların tətbiqi artıq zərurətə çevrilib”.Bizim.Media xəbər verir ki, bunu Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBAM) icraçı direktoru Rəvan Həsənov Bakıda keçirilən “Müasir din təhsili modelləri: mənəvi dəyərlər və qlobal çağırışlar kontekstində” adlı beynəlxalq simpoziumda çıxışı zamanı deyib.Rəvan Həsənov bildirib ki, Azərbaycanın 2015-ci ildə hazırladığı “Multikulturalizm” fənni bu gün artıq 27 xarici universitetdə tədris olunur:“Bu, ölkəmizin təqdim etdiyi multikulturalizm modelinə beynəlxalq marağın bariz göstəricisidir. Artıq qlobal vətəndaşlıq kimliyi, niyyətə əsaslanan kimlik, etik dəyərlərin təlimi kimi anlayışlar təhsil proqramlarının ayrılmaz hissəsinə çevrilməlidir.”O, həmçinin Qərb universitetlərində bu istiqamətdə ciddi dəyişikliklərin müşahidə olunduğunu vurğulayıb:“Məsələn, ‘Religious and Global Ethics’, ‘Religious and Law’ kimi fənlər müxtəlif ixtisasların sintezindən yaranaraq yeni akademik istiqamətlərin formalaşmasına səbəb olur. Bu, artıq müasir dünyanın tələb etdiyi reallıqdır”.Nəzrin Elxan, Pərviz Allahverdiyev, Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
46
1
bizim.media

2Mənbələr