AZ

Nikol: Bakı ilə İran-Gürcüstan münasibətlərini də qaydasına salacağıq

BAKI, 22 oktyabr. TELEQRAF

“Cənubi Qafqazdan keçən marşrutlar bir-birini tamamlayır, biri o birinin davamıdır və bununla da biz Cənubi Qafqazın potensialını daha da artırırıq”.

Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan Tbilisidə İpək Yolu Forumunda çıxışı zamanı deyib.

“(ABŞ, Azərbaycan və Ermənistan arasında əldə edilmiş) Vaşinqton Bəyannaməsinin 4-cü bəndinə əsasən, Qara dəniz dəmir yolu açılacaq və tranzit potensialını təkcə Ermənistan deyil, Gürcüstan və Azərbaycan istiqamətində də artıracaq. Ermənistanla Azərbaycan arasında qurulmuş sülh elə bir layihədir ki, qonşuluq münasibətlərini Gürcüstan və İran arasında da qaydaya salacaq və Cənubi Qafqazı Şərq-Qərb istiqamətində ən cəlbedici marşruta çevirəcək.

Bu o deməkdir ki, bu ölkələrin ərazisində infrastruktur artacaq və inkişaf edəcək. Bunu da deyim: artıq aydın olan beynəlxalq tələbi ödəmək üçün bu kifayət etməyəcək. Biz – Azərbaycan, Gürcüstan və Ermənistan münasibətləri inkişaf etdirməli və onları kapitala çevirməliyik ki, regionumuzda daim sabitlik olsun”, - N. Paşinyan bildirib.

Seçilən
87
teleqraf.com

1Mənbələr